“Xarakteristik determinant və normallaşdırıcı vuruq arasındakı bir eynilik haqqında və bu eyniliyin requlyarlaşdırılmış izin hesablanmasına tətbiqi” mövzusunda seminar keçirildi
28 mart 2024-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada növbəti elmi seminar keçirildi. Seminarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru, professor, r.e.d. Nigar Məhər qızı Aslanova “Xarakteristik determinant və normallaşdırıcı vuruq arasındakı bir eynilik haqqında və bu eyniliyin requlyarlaşdırılmış izin hesablanmasına tətbiqi” mövzusunda məruzə etdi.
Məruzədə minimal operatorun fəzadan çıxmaqla genişlənməsi və dördüncü tərtib operator əmsallı diferensial operatorun, spektrin asimptotikası da daxil olmaqla, bəzi spektral xassələri haqqında danışıldı. Xarakteristik determinant və normallaşdırıcı vuruq arasındaki bir eyniliyin alınmasının isbat sxemi izah olundu. Sonda alınan eyniliyin requlyarlaşmış izin hesablanmasında istifadəsi nümayiş olundu.