Fakültə üzrə ixtisaslar

Fakültədə təhsil forması əyani və qiyabidir. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. 2014/2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyi tərəfindən yüksək ixtisaslı kadr hazırlığı məqsədi ilə  «Riyaziyyat müəllimliyi» ix­tisası üzrə «Sabah qrupu» yaradılmışdır.

Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı aparılır: 

  • 050510- «Mexanika»
  • 050511- «Riyaziyyat»
  • 050114- «Riyaziyyat müəllimliyi» 

 Riyaziyyat müəllimliyi  ixtisasını bitirən tələbələr  Riyaziyyat müəllimi ixtisasına yiyələnir.

 Riyaziyyat  ixtisasında universal kadr hazırlığı aparılır, həmin ixtisası bitirən tələbələr  ali məktəblərdə  elmi tədqiqat institutlarında işləyə bilər.

 Mexanika ixtisasını bitirən tələbələr ali məktəblərdə  elmi tədqiqat institutlarında neft, qaz zavodlarında işləyə bilərlər.

 

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət