Tələbə Gənclər Təşkilatı

 

Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır.

Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

  •   Tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi;
  •   Tələbələrin problemlərinin həlli istiqamətində işin   həyata keçirilməsi;
  •   Tələbələr arasında maarifləndirmə işinin aparılması;
  •   Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
  • Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
  • Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
  • Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin və digər tədbirlərin təşkil edilməsi;
  • Tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
  • Tələbələrin maraq və meyillərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların və digər xidmətlərin təşkil edilməsi;
  • Tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və ya orta ixtisas təhsili müəssisəsinin rəhbərliyi qarşısında vəsatətin qaldırılması;
  • Təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı və sair barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması.

Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsi Tələbə Gənclər Təşkilatnın fəaliyyətinə aşağıdakılar aiddir:

  • Fakültədə görüşlərin keçirilməsi
  • Fakültədə mədəni kütləvi tədbirlərin keçirilməsi
  • Fakültədə müxtəlif konfransların keçirilməsi
  • Fakültədə tələbələrin hüquqlarının qorunması
  • Fakültədə xeyriyyə işlərinin həyata keçirilməsi
  • Təşkilat nəzdində yaradılmış klubların fakültədə fəaliyyətinin həyata keçirilməsi       
  • Təşkilatda həyata keçirilən layihələr haqqında fakültənin məlumatlandırılması

Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsi Tələbə Gənclər Təşkilatının sədri: Fidan İbişova Ayaz qızı

      Sədr müavinləri

  1. Zəhra Əsgərli Ceyhun qızı
  2. Mirzöhrab Rzazadə Zaur oğlu
  3. ⁠İsmayıl Əliyev Elşən oğlu
  4. ⁠İlahə Qədimova Qeys qızı
  5. ⁠Nihat Kazımov Mikayıl oğlu
  6. Şəhka Abbasova Müşfiq qızı
  7. Aydan Əliyeva Mehman qızı
  8. Gülzadə Nəzərli İlham qızı
  9. Röyal Feyzullayev İlkin oğlu
  10. Ləman Ağayeva Zaur qızı
  11. Faidə Qarayeva Ferahim qızı

Tələbə Gənclər Təşkilatına qoşulmaq üçün : https://forms.gle/FEagmpcbL5Ztz3Ve8

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət