Mexanika – riyaziyyat fakültəsində türkiyəli professor seminar keçdi
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində BDU-nun Rəqəmsal araşdırmalar elmi-tədqiqat laboratoriyasının müdiri, türkiyəli professor Olcay Coşkunun “Sadə şəkillər” mövzusunda elmi seminarı keçirilib.
Seminarda sadə ədədlərin köməyi ilə şəkilləri necə müəyyən etmək məsələsi müzakirə olundu. Qeyd edildi ki, rəqəmlərin köməyilə matris düzəldilsə və hər rəqəmə qarşı bir rəng qoyulsa müəyyən bir təsvir alınar. Əgər matrisin sütunundakı rəqəmlərdən alınan ədəd sadə olarsa, onda belə təsvirə sadə şəkil deyilir. Seminarda sadə şəkilləri əldə etməyin yolları və verilmiş ədədin sadə olub-olmadığını öyrənmək üçün istifadə edilən testlər izah olunub.
Sonra professorlar Nizaməddin İsgəndərov, Sədi Bayramov, Rəşid Əliyev, Vaqif İbrahimov mövzu ətrafında suallar verdilər və suallar ətraflı cavablandırıldı.