Tələbə həyatı

Mexanika-riyaziyyat fakültəsinin professor-müəllim heyətinin və tələbələrinin ictimai həyatı, onların iş və təhsil həyatı kimi zəngindir. Fakültə rəhbərliyi, fakültə Həmkarlar İttifaqı, Tələbə Həmkarlar İttifaqı komitəsi, Tələbə Gənclər Təşkilatı,Tələbə Elmi Cəmiyyəti əməkdaşların və tələbələrin ictimai həyatının məzmunlu və zəngin olması üçün müxtəlif maraqlı tədbirlər keçirir. Bu tədbirlərə müəllim-tələbə heyətinin uşaq evlərinə baş çəkməsi, fakültənin şəhid məzunlarının anım günündə şəhid ailələrinin ziyarət edilməsi, mədəni tədbirlərdə iştirak edilməsi, kollektiv şəkildə istirahət məqsədi ilə Azərbaycanın bölgələrinə səfər edilməsi və s. aiddir. Həyata keçirilən tədbirlərin əsas məqsədi gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə edilməsi və müasir dünyagörüşünə malik vətənə faydalı mütəxəssis kimi yetişməsidir.

Fakültə kollektivi Universitetdaxili tədbirlərdə - ağacəkmə aksiyasında, iməciliklərdə, xeyriyyə tədbirlərində, əlamətdar günlərə və ictimai hadisələrə həsr olunmuş tədbirlərdə də yaxından iştirak edir.

Fakültədə mütəmadi olaraq müxtəlif mövzularda dəyirmi masalar keçirilir, riyaziyyatın müxtəlif sahələrində uğur qazanmış alimlərin həyat və yaradıcılığı ilə bağlı tədbirlər və gənc nəslin təlim-tərbiyəsinə xidmət edən söhbətlər aparılır.Ulu öndər Heydər Əliyevin yubileyi ilə əlaqədar hər il elmi konfranslar,idman yarışları və intellektual yarışmalar keçirilir. Fakültədə həmçinin Qarabağ həqiqətlərinin dünya ictimayətinə çatdırılması ilə əlaqədar görülmüş işlər və gənc nəslin qarşısında duran görüləcək işlərlə bağlı söhbətlər də aparılır.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət