Fakültənin beynəlxalq əlaqələri

Elm və təhsil sahəsində beynəlmiləşmənin xüsusi əhəmiyyət kəsb etdiyi müasir zamanda beynəlxalq əlaqələr fakültənin inkişafının əsas göstəricilərindən hesab olunur. Bu baxımdan da Mexanika-riyaziyyat fakültəsində beynəlxalq fəaliyyət dairəsinin genişləndirilməsi, akademik əməkdaşlıq imkanlarının artırılması, dünyanın nüfuzlu aparıcı təhsil ocaqları ilə, beynəlxalq assosiasiyalarla əlaqələrin qurulması və beynəlxalq reytinqlərdə iştirakın təmin olunması istiqamətində mütəmadi olaraq işlər görülür.

Mexanika-riyaziyyat fakültəsi fəaliyyətə başladığı ilk vaxtlardan etibarən dünyanın nüfuzlu elm-təhsil mərkəzləri ilə sıx əlaqələr yaratmış, bu əlaqələr tədrisin keyfiyyətinin və mütəxəssislərin ümumpeşə səviyyəsinin yüksəldilməsinə xeyli dərəcədə müsbət təsir göstərmişdir. Bu əlaqələr bu gün də davam və yüksək səviyyədə inkişaf etdirilir. Mexanika-riyaziyyat  fakültəsinin beynəlxalq əməkdaşlıq xəttində dünyanın aparıcı dövlətlərinin (Türkiyə, ABŞ, Rusiya Federasiyası, Almaniya, Polşa, Ukrayna, Fransa, İsveç, Portuqaliya, İran, Macarıstan, Avstriya, Çex Respublikası, İtaliya, İspaniya və s.) ali məktəbləri ilə sıx əməkdaşlıq siyasəti durur.

Fakültənin tələbə və əməkdaşları "Erasmus+ KA107 ICM" tələbə-müəllim mübadilə proqramı çərçivəsində Türkiyənin Yıldız Teknik Universitetində? fakültənin əməkdaşları xarici universitetlərin institusional və proqram akkreditasiyalarında  beynəlxalq ekspert kimi iştirak edirlər.

Fakültənin alimləri beynəlxalq qrant proqramlarının iştirakçılarıdır. Mexanika-riyaziyyat fakültəsində keçirilən Beynəlxalq konfranslarda dünyanın qabaqcıl universitet və elm mərkəzlərinin əməkdaşları iştirak edir .

Fakültənin beynəlxalq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün strateji plan hazırlanmışdır:

  • Müvafiq ixtisas üzrə kadr hazırlığı aparan Türkiyə, Avropa, MDB məkanına daxil olan dövlətlərin universitetləri ilə təcrübə mübadiləsi-tələbələrin bir və ya bir neçə həftəlik qarşlıqlı təcrübə mübadiləsinin təşkili;
  • Müxtəlif Beynəlxalq Mübadilə Proqramlarında (ERASMUS, Mövlanə və s.)  iştirak üçün səyləri artırmaq;
  • Beynəlxalq tələbə konfranslarında magistrantların iştirakını təmin etmək;
  • Mütəmadi olaraq xarici mütəxəssislərin onlayn mühazirələrinin təşkili;
  • İkili diplomların verilməsi ilə bağlı (Avropa, Türkiyə və MDB məkanına daxil olan dövlətlərin universitetləri ilə birgə) işlərin aparıması və s.                                              
 
 
 
Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət