Mexanika-riyaziyyat fakültəsi ölkədə fəaliyyət göstərən, dövlət və özəl müəssisələrlə geniş şəkildə əməkdaşlıq edir. Tədris prosesinin innovativ metodlar əsasında qurulması, elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi, eyni zamanda tələbələrin gələcəkdə işlə təmin edilməsi baxımından bu qurumlarla əməkdaşlıq oldquca əhəmiyyətlidir. Fakültə əməkdaşları eyni zamanda bu qurumların təşkil etdiyi müxtəlif tədbir və təlimlərdə iştirak edir.Fakültənin elmi və intellektual potensialı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft emalı zavodu, Qaz emalı zavodu,Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan Texniki Universiteti Bakı şəhərində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq etməyə imkan verir. Göstərilən təşkilat və müəssisələr fakültədə təhsil alan tələbələrin elmi və təhsil təcrübələrinin təşkilində, əməkdaşların ixtisas artırılmasında fəal iştirak edirlər. Aparılan elmi əməkdaşlığın nəticəsi olaraq fakültənin aparıcı mütəxəsisləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA-nın maliyyələşdirdiyi qrant müsabiqələrində birgə iştirak edirlər.