"ÜMUMİLƏŞMİŞ GRAND SOBOLEV-MORRİ FƏZALARINDA DAXİOLMA TEOREMLƏRİ" MÖVZUSUNDA MƏRUZƏ
12 mart 2024-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçirilildi. Seminarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru, f.-r.e.d. Alik Malik oğlu Nəcəfov “Ümumiləşmiş grand Sobolev-Morri fəzalarında daxilolma teoremləri ” mövzusunda məruzə etdi.
Məruzədə ümumiləşmiş grand Sobolev-Morri fəzaları haqqında məlumatlar verildi, bu fəzaların tarixindən danışıldı. Grand Sobolev-Morri fəzalarında daxilolma teoremləri söylənildi və klassik Sobolev fəzalarındakı daxilolma teoremlərindən fərqləri izah olundu. Ümumiləşmiş grand Sobolev-Morri fəzalarından olan funksiyaların diferensial xassələri haqqında geniş məlumat verildi. Sonda bu fəzaların riyaziyyatın hansi sahələrində tətbiq oluna biləcəkləri haqda danışıldı.