TEC-İN “DAĞILAN SIRALARIN CƏMLƏNMƏ ÜSULLARI” mövzusunda SEMİNARI KEÇİRİLDİ
24 aprel 2024-cü ildə Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Dağılan sıraların cəmlənmə üsulları” mövzusunda elmi seminar keçirilmişdir. Elmi seminarda Rm-130 qrupunun tələbəsi Əlizadə Nihat Əmrah oğlu məruzə etmişdir. Məruzədə əvvəlcə dağılan sıraların cəmlənməsi üsulları haqqında, daha sonra isə koşi hasili, abel cəmi və qrandi silsiləsi barədə məlumat verilmişdir. Daha sonra Mexanika-riyaziyyat fakültəsinin dekan müavini Şirmayıl Bağırov mövzu barədə əlavələri qeyd etmiş, tələbələrlə və müəllimlərlə qarşılıqlı müzakirə apardıqdan sonra, seminar sualların cavablandırılması ilə sonlandırılmışdır.