SİYASİ REPRESSİYA QURBANLARI MUZEYİ
7 Aprel 2023 18:36
Bakı Dövlət Universiteti Tarix və Mexanika-Riyaziyyat fakültələri tərəfindən "Siyasi Repressiya Qurbanları Muzeyi"nə ekskursiya təşkil olunub.
Tələbələrə muzey barədə məlumat verilib.1925-ci ildən dövlətin əsas repressiv orqanlarının, Fövqəladə Komissiyanın, Daxili İşlər Xalq Komissarlığının və Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyət göstərdiyi binada açılıb. Binanın zirzəmisində saxlama kameraları, istintaq otaqları, ölüm cəzasına məhkum edilənlərin güllələndiyi yerlər mövcuddur. Muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acınacaqlı səhifələrindən, 1920-1950-ci illərdə SSRİ-nin yüz minlərlə ictimai xadim və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndəsinin, sıravi vətəndaşın siyasi repressiyalara məruz qoyulması ilə nəticələnən repressiv siyasətindən bəhs edir. Həmçinin tələblərə repressiya qurbanlarının dəqiq statistikası haqqında məlumat verilib.
Tələbələr muzey eksponatları ilə yaxından tanış olublar.
Son XƏBƏRLƏR
13.12.2024 | 15:00
Riyaziyyat: Qədimdən gələcəyə doğru
07.11.2024 | 00:00
ZƏFƏR GÜNÜMÜZ
04.11.2024 | 18:54
BDU-NUN 105 İLLİK YUBİLEYİ ÇƏRÇİVƏSİNDƏ MEXANİKA-RİYAZİYYAT FAKÜLTƏSİNİN TƏQDİMATI
29.10.2024 | 14:53
TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ SƏDR SEÇKİSİ KEÇİRİLDİ
29.10.2024 | 14:41