"OYUN NƏZƏRİYYƏSİ: ƏSAS ANLAYIŞLAR VƏ NƏTİCƏLƏR" MÖVZUSUNDA USTAD DƏRSİ KEÇİRİLDİ
6 mart 2024-cü il saat 14:00-da Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada Türkiyənin Əskişəhir Texnik Universitetinin proffessoru, f.-r. e. d. Xaliq Hüseynov tərəfindən “Oyun nəzəriyyəsi: əsas anlayışlar və nəticələr” mövzusunda ustad dərsi keçirildi.
Dərsdə, 20 ci əsr riyaziyyatının ekzotik sahələrindən biri olan və ekonomika, sosiologiya, fizika, mexanika, biologiya, mühəndislik və müasir elmin digər fərqli sahələrində geniş tətbiqləri olan oyun nəzəriyyəsinin əsas anlayışları və nəticələri müzakirə edildi. İlk olaraq oyun nəzəriyyəsinin yaranma tarixindən bəhs edildi və daha sonra içərisində mübarizə olan bir hadisə olaraq gəbul edilən oyunda, strategiyaların və oyunda oyunçuların məqsədlərinin riyazi ifadəsi verildi. Başlanğıcda iki nəfərlik sıfır toplamli sonlu oyunlarda, yəni matris oyunlarda qarışıq strategiyalar sinifində oyunun dəyərinin və oyunçuların optimal strategiyalarınin varlıği məsələsinə baxıldı. Oyunun həllinin tapılmasi metodları müzakirə edildi. Ən sonda antagonistik diferensial oyunlarda tədqiq olunan problemler, bu problemlərin ifadəsində və həll metodlarında istifadə olunan riyazi konstruksiyalar və nəzəriyyələr müzakirə olundu. Bu çərçivədə tədqiq olunan məsələlərdə, riyaziyyatın müasir sahələri olan qabarıq analizin, hamar olmayan analizin, çoxqiymətli analizin, diferensial daxilolma nəzəriyyəsinin nəticələrinin böyük əhəmiyyət daşıdığı qeyd edildi.