"Ölkəmizin ictimai həyatında rolu" adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin "BDU könüllüləri" təşkilatının Mexanika - riyaziyyat və Sosial elmlər və psixologiya fakültələrinin təşkilatçılığı ilə "Ölkəmizin ictimai həyatında rolu" adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Giriş sözü fakültə sədləri Nuray Cəfərova və Sevil Nəsirovaya verilib. Tədbir Nailə Həmidovanın moderatorluğu ilə aparılıb. Daha sonra Elnarə Rəhimova, Sara Alıyeva və Nuranə Fətullayrvanın çıxışları ilə davam edib. İştirakçılar "Gənclik, sahib olmağa dəyər tək şeydir!" adlı videoçarxı izlədikdən sonra gəncliyin ictimai həyata töhfəsi barədə diskusiyya ilə yekunlaşmışdır. Sonra xatirə şəkilləri çəkdirilib.