Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında dissertasiya işinin ilkin müzakirəsi
22.05.2023-cü il tarixində BDU-nun Mexanika-riyaziyyat fakültəsinin 506 saylı auditoriyasında Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının 2002.01 – “Deformasiya olunan bərk cisim mexanikası” ixtisasında elmlər doktoru proqramı üzrə qiyabi doktorantı Sevdimalıyev Yusif Məmmədəli oğlunu dissertasiya işinin ilkin müzakirəsi keçirildi. Doktorant Sevdimalıyev Yusif Məmmədəli oğlu məruzə edərək, " Konstruksiya elementlərinin və bərk cisimlərin yükdaşıma qabilliyyətinə xarici mühitlərin təsirinin bəzi statika və dinamika məsələləri” mövzusunda dissertasiya işinin aktuallığı , məqsədi, məzmunu, əsas elmi nəticələri haqqında məlumat verdi. Elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, prof. S.Əkbərov olmuşdur. Kafedra tərəfindən əvvəlcədən işə rəyçi təyin olunan prof C.Ağalarov, prof.R.İsgəndərov, prof.R.Fətullayeva rəylərlə çıxış etdilər. Prof.M.Sadıxov ,prof. Z.Əliyev, prof.H.Quliyev,prof.S.Abdullayev.prof.Ə.Əhmədov, Akademik F.Əliyev məruzəçiyə suallar verdilər və o, həmin sualları cavablandırdı. Sonda prof. H.Quliyev, prof.RTEA-nın vitse-prezidenti Moskva Geologiya və Geokəşfiyyat İnstitutunun kafedra müdürü Ə.Şahverdiyev,prof. Z.Əliyev, AMEA-nın müxbir üzvü, prof. Q.Pənahov çıxış etdilər.Sonda iclasın sədri, AMEA-nın müxbir üzvi Prof. V.İbrahimov öz fikirlərini söylədi. Yekdilliklə dissertasiya işinin növbəti mərhələyə buraxılması qərara alındı.