Maye, qaz və plazma mexanikası” ixtisasında fəlsəfə doktoru proqramı üzrə əyani doktorantın dissertasiya işi
19.05.2023-cü il tarixində BDU-nun Mexanika-riyaziyyat fakültəsinin 506 saylı auditoriyasında Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının 2003.01 – “Maye, qaz və plazma mexanikası” ixtisasında fəlsəfə doktoru proqramı üzrə əyani doktorantı Babək Nizami oğlu Sultanovun dissertasiya işinin ilkin müzakirəsikeçirildi. Doktorant Babək Nizami oğlu Sultanov məruzə edərək, " Məsaməli mühitdlərdə karbohidrogen süzülmələrində dalğa-deformasiya münasibətlərinin nəzəri və praktiki əsasların işlənməsi” mövzusunda dissertasiya işinin aktuallığı , məqsədi, məzmunu, əsas elmi nəticələri haqqında məlumat verdi. Elmi rəhbəri AMEA-nın müxbir üzvü, prof. Q. Pənahov fikirlərini bildirdi. Kafedra tərəfindən əvvəlcədən işə rəyçi təyin olunan dos. M.Tağıyev, dos. A.Yüzbəyova və prof. T.Hacıyev rəylərlə çıxış etdilər. Prof. M.Sadıqov, prof. Y. Mehrəliyev, prof. Z. Əliyev məruzəçiyə suallar verdilər və o, həmin sualları cavablandırdı. Sonda prof. H.Quliyev, prof. Z.Əliyev, AMEA-nın müxbir üzvü, prof. V.İbrahimov, prof. L.Fətullayeva, dos. E. Abbasov və dos. Y.Sevdimalıyev çıxış etdilər.Yekdilliklə dissertasiya işinin növbəti mərhələyə buraxılması qərara alındı.