Mexanika-riyaziyyat fakültəsində 27 sentyabr anım günü ilə əlaqədar Vətən Müharibəsi Şəhidləri yad edilib
Bu gün Mexanika-riyaziyyat fakültəsində ilk dərslər 27 Sentyabr Anım Gününə həsr olunub. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edildi.Həmçinin, fakültə rəhbərliyi və əməkdaşları Vətən Müharibəsi Şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.Fakültə Dekanı Ziyatxan Əliyev Anım Günü ilə əlaqədar bu mövzuda geniş məruzə etdi. Dekan müavini Etibar Əhmədov bildirdi ki, 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifələrindəndir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu təkcə işğal altında olan torpaqlarımızı azad etməyib, xalqımızın döyüş ruhunun, mübarizə əzminin itmədiyini göstərib. Hazırda azad edilən torpaqlarımızda üçrəngli bayraqlarımız əzəmətlə dalğalanır. Doğma Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq-tikinti işləri həyata keçirilir. Şəhidlərimizin öz canlarını vətənimizin azadlığı uğrunda qurban verdiklərini, onların daim bizimlə olduqlarını, hər bir şəhidimizin vətənimizin bir parçasına çevrildiyi, şəhidlərimizin keçdiyi döyüş yolunun hər bir azərbaycanlı gənc üçün örnək olduğu, qəhrəman, vətənpərvər, ləyaqətli və cəsur oğullar böyüdən valideyinlərlə qürur duyduqları vurğulandı. 44 günlük Vətən müharibəsində qələbə çalan ordumuzun qəhrəman əsgərlərinin əziz xatirəsinə hörmət və ehtiram göstərmək hər bir Azərbaycan gəncinin borcudur.Tədbirin sonunda Vətən Müharibəsini əks etdirən videoçarx nümayiş edildi. Əziz şəhidlərimiz ruhunuz şad, məkanınız cənnət olsun!