II KURS MAGİSTRANTIN MƏRUZƏSİ
10 May 2024 16:37
10 may 2024-cü il tarixində elmi seminarda II kurs magistrantı Qumaşova Nuranə Hafiz qızı "Bir integral operatorun sonsuz diferensiallanan funksiyalar fəzasında bəzi xassələri" adlı məruzə ilə çıxış edib. Məruzədə bir sinif integral operatorun sonsuz diferensillanan funksiyalar fəzasında analiz, eləcə də inteqro-diferensial tənliklər nəzəriyyəsinin metodlarından istifadə edərək bəzi xassələri öyrənilmişdir. Simvol anlayışı vasitəsilə inteqral operatorun Fredholmluq meyarı teorem şəklində verilmış və isbat edilmişdir. Elmi rəhbər dos T.B.Əsədov çıxış edərək bildirdi ki, Qumaşova Nuranə magistr dərəcəsini almaq üçün "Bir integral operatorun sonsuz diferensiallanan funksiyalar fəzasında bəzi xassələri" mövzusunda dissertasiya işini yerinə yetirməkdə davam edir. Aldığı nəticələri respublika konfranslarında çıxış edərək 2 tezis çap edildiyi haqqında məlumat verdi.
Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının II kurs magistrantı Qumaşova Nuranə Hafiz qızı "Bir inteqral operatorun sonsuz diferensiallanan funksiyalar fəzasında bəzi xassələri" adlı çıxışı qənaətbəxş hesab edilib.
Son XƏBƏRLƏR
13.12.2024 | 15:00
Riyaziyyat: Qədimdən gələcəyə doğru
07.11.2024 | 00:00
ZƏFƏR GÜNÜMÜZ
04.11.2024 | 18:54
BDU-NUN 105 İLLİK YUBİLEYİ ÇƏRÇİVƏSİNDƏ MEXANİKA-RİYAZİYYAT FAKÜLTƏSİNİN TƏQDİMATI
29.10.2024 | 14:53
TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ SƏDR SEÇKİSİ KEÇİRİLDİ
29.10.2024 | 14:41