Hesablama riyaziyyatı kafedrasının Seminarı
28 fevral 2023-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçirildi. Seminarda Hesablama riyaziyyatı kafedrasının professoru, AMEA-nın müxbir üzvü, f.r.e.d., Vagif Rza oğlu İbrahimov “Sabit əmsallı çoxaddımlı üsulların dəqiqlik dərəcələri ilə tərtibləri arasında əlaqə” mövzusunda məruzə etdi.
Məruzədə adi diferensial tənliklər üçün Koşi məsələsinin ədədi həllinin tapılması tədqiq olundu və bu məqsədlə Adams üsullarının bir ümumi forması tədqiq olundu və bu üsul məlum üsullarla müqayisə olundu. Bu məqsədlə bəzi ədədi üsulların dəqiqlik dərəcəsinin ən böyük qiymətlərinin tapılması təsdiq olundu. Bu üsulların digər məsələlərin həllinə tətbiqi bu sadə formada nümayiş olundu.