FAKÜLTƏMİZİN NÖVBƏTİ SEMİNARI KEÇİRİLDİ
12 dekabr 2023-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçirildi. Seminarda Cəbr və həndəsə kafedrasının müdiri, f.r.e.d., Əməkdar Elm Xadimi, professor Arif Ağacan oğlu Səlimov “Holomorf fuksiyaların Norden (anti-Hermit) çoxobrazlıları və lift nəzəriyyələrinə tətbiqləri haqqında” mövzusunda məruzə etdi. Məruzədə cəbri funksiyaların holmorfluğu anlayışı verildi və onlarin vasitəsilə anti- Hermit (Norden) həndəsəsinin öyrənilməsi izah olundu. Göstərildi ki, anti-Hermit metrika holomorf isə, onda bu cür çoxobrazlı anti-Kahler çoxobrazlısı olur və tərsinə. Tachibana operatorunun və holomorf funksiyanın köməyilə diferensial-həndəsi obyektlərin çoxobrazlının 2-jet fəzalarında yeni lift sinifi, yəni deformasiya olunmuş liftlərinin qurulması izah olundu.