DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL
Bildirək ki, 2023-cü il ölkəmizin və xalqımızın həyatında mühüm hadisələrlə zəngindir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edildi. “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, gələcəyinə böyük inam bəslədiyi İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünün qeyd edilməsi xalqımız üçün olduqca qürurvericidir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin yaradılmasında, həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə geniş imkanlar yaratmışdır. Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün mənəvi ehtiyaca çevrilib. 2023-cü ildə ərazi bütövlüyümüzün bərpa edilməsi ölkəmizin və xalqımızın tarixində əlamətdar hadisədir. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdirməklə bərabər, milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri fədakarlıq düşmən üzərindəki şanlı qələbəmizə layiqli töhfə oldu.
Bayramınız mübarək!