Diferensial və inteqral tənliklər kafedrasının elmi seminarı
14 noyabr 2023-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçirildi. Seminarda Diferensial və inteqral tənliklər kafedrasının dosenti, f.-r.e.n. Şirmayıl Həsən oğlu Bağırov “Yarımxətti elleptik, parabolik tənliklər və tənliklər sisteminin qlobal həllərinin yoxluğu” mövzusunda məruzə etdi.
Məruzədə xarici oblastda yarım-xətti elliptik, parobolik tənliklər və tənliklər sisteminin qlobal həllərinin yoxluğu məsələsi tədqiq haqqında danışıldı. Öncə mövzunun aktuallığı və baxılan məsələlərin tətbiqlə əlaqəsi haqqında məlumatlar verildi. Qeyri-xəttiliyin xarakterindən asılı olaraq qlobal həllin yoxluğunu təmin edən kafi şərtlər tapıldı. Bəzi hallarda misallar üzərində alınan kafi şərtlərin dəqiqliyi yoxlanıldı. Sonra oxşar nəticələrin yüksək tərtib tənliklər və tənliklər sistemi üçün də alınması haqqında danışıldı.