“BİR QEYRİ-LOKAL SƏRHƏD MƏSƏLƏSİNİN TƏTBİQİ” ADLI MƏRUZƏ
26 aprel 2024-cü il tarixində elmi seminarda II kurs magistrantı Əliyeva Zəhra Elşən qızı “Bir qeyri-lokal sərhəd məsələsinin tədbiqi” adlı məruzə ilə çıxış edib. Məruzədə qoşma sərhəd şərtli bir qeyri-lokal sərhəd məsələsinin həll olunması tədqiq olunur. Müvafiq spektral məsələnin məxsusi funksiyalarının bazislik xassələrində istifadə etmək etməklə sərhəd məsələsinin həm klassik, həm də güclü həllinin varlığı və yeganəliyi haqqında teoremlər isbat edilmişdir. Elmi rəhbər prof. T.B.Qasımov çıxış edərək bildirdi ki, Əliyeva Zəhra magistr dərəcəsini almaq üçün dissertasiya işini yerinə yetirməkdə davam edir. Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının II kurs magistrantı Əliyeva Zəhra Elşən qızının “Bir qeyri-lokal sərhəd məsələsinin tədbiqi” adlı çıxışı qənaətbəxş hesab edildi .