8 OKTYABR SEMİNAR KEÇİRİLDİ
08 oktyabr 2024-cü il saat 10:15-də Mexanika - riyaziyyat fakültəsində 506-cı auditoriyada növbəti elmi seminar keçirildi. Seminarda Riyazi analiz kafedrasının dosenti Mehriban Nazim qızı Ömərova "Ümumiləşmiş Orliç-Morri fəzalarında bəzi inteqral operatorların məhdudluğu və tətbiqləri" mövzusunda məruzə etdi.
Məruzədə sinqulyar inteqral operator və onun komutatorunun, həmçinin sinqulyar olmayan inteqral operator və onun komutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu müzakirə edildi. Alınan nəticələrin tətbiqi olaraq əmsalları VMO-dan olan divergent olmayan ikinci tərtib elliptik tənliklərin həllərinin həmin fəzalarda aprior qiymətləndirilməsi göstərildi.