8 MART - BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR!
"BDU Könüllüləri" təşkilatının Mexanika-riyaziyyat fakültəsi üzrə könüllülərin təşəbbüsü ilə 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadın riyaziyyatçılarımız" adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Dövlət Himni ilə açıq elan olunub. Giriş sözü fakültə dekanı Ziyatxan Əliyevə verilib. Sonra fakültə müəllimləri Hikmət Tağıyev və Yaşar Mehrəliyev də bayram münasibəti ilə qadınları təbrik etmiş, cəmiyyətdə qadın riyaziyyatçıların önəmindən danışıblar. Tədbir zamanı
fakültə sədri Nuray Cəfərova öz çıxışı ilə riyaziyyatçı qadınlardan bəhs etmiş,həmçinin fakültənin tələbəsi Elvira Hüseynzadə 8 mart gününün tarixindən danışmışdır.
Həmçinin "Qadınların bəşəriyyətdə rolu" adlı videoçarx izlənilmiş. Lin-Orph klubunun üzvü Qızılgül Zeynallının mahnı çıxışı ilə tədbir yekunlaşmışdır. Sonda fakültə dekanı bayram münasibəti ilə aktiv xanım tələbələri təltif etmişdir.
Ən sonda isə xatirə fotoları çəkilib