“Soft çoxluqların interval dəyərli topologiyası” mövzusunda seminar
10 oktyabr 2023-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada fakültə elmi seminarı keçirildi. Seminarda Cəbr və həndəsə kafedrasının professoru, f.r.e.d Sədi Əndam oğlu Bayramov “Soft çoxluqların interval dəyərli topologiyası” mövzusunda məruzə etdi.
Əvvəlcə Lütfi Zadənin qeyri-səlis çoxluqların ümumləşməsi kimi 1975-ci ildə interval dəyərli çoxluqlar nəzəriyyəsini qurması haqqında məlumat verildi. Məruzədə soft çoxluqlarda interval dəyərli çoxluqlardan istifadə edərək yeni bir topologiya təyin edildi. Bu topologiyadan parametrlərə bağlı bir neçə soft topologiya quruldu. Belə topologiyanın bazası, alt bazası, nöqtənin ətraflar bazası verildi və müəyyən xassələri öyrənildi. Daha sonra bu fəzalarda kəsilməzlik, topoloji cəm, topoloji hasil kimi məsələlər araşdırıldı.