506-cı auditoriyada elmi seminar keçirildi
28 Fevral 2024-cü il saat 14:00-da Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçirildi. Seminardea Türkiyədən gəlmiş qonağımız Türkiyənin Eskişehir Texniki Universitetinin professoru, f.-r.e.d. Xaliq Hüseynov “Xətti olmayan və idarəedici resursları məhdud olan idarəetmə sistemlərinin trayektoriyalar çoxluğunun xassələri və aproksimasiyası haqqında” mövzusunda məruzə etdi.
Seminarda Mexanika-riyaziyyat fakültəsinin professor müəllim heyəti, doktorantlar, magistrantlar və yuxarı kurs tələbələri iştirak etdilər. Professor Xaliq Hüseynov mövzu ilə bağlı ətraflı məlumat verdi və seminar iştirakçılarının suallarını cavablandırdı.