Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü
2021-ci il 26/27 may tarixlərində Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş «Riyaziyyat, Mexanika və onların tətbiqləri» adlı onlayn Respublika Elmi Konfransı keçiriləcək.
Konfransın bölmələri:
- Riyazi analiz
- Funksional analiz və operatorlar nəzəriyyəsi
- Diferensial tənliklər və optimal idarəetmə
- Cəbr və Həndəsə
- Hesablama riyaziyyatı
- Mexanika, Tətbiqi riyaziyyat
- Riyaziyyat və onun tədrisi metodikası
Virtual konfransda iştirak etmək istəyənlərdən məruzə ediləcək işin tezisinin elektron variantını [email protected] ünvanına göndərmələri xahiş olunur (parametrlər: 1-3 səh. A4 formatda, Microsoft Word proqramında, Times New Roman, şrift 12 pt, interval 1, sol 3 sm, sağ 1,5 sm, yuxarı 2 sm, aşağı 2 sm, düsturlar “Microsoft Equation” redaktorunda yazılmalıdır).
Tezislər azərbaycan, rus və yaxud inglis dilində təqdim eilmiş stilə uyğun formatda hazırlanmalıdır.
konfransda tezislər 3 dildə
Azərbaycan, rus və ingilis dilində qəbul ediləcək
Tezislərin qəbulu 15 may tarixinə qədərdir.
TƏŞKİLAT KOMİTƏSİ
Ünvan: AZ1148, Akademik Zahid Xəlilov küçəsi-23,
BDU Mexanika-Riyaziyyat fakültəsi
Əlaqə telefonları: (012) 539 04 93
(077) 219 65 28