II Respublika elmi konfransı keçiriləcək
03-04 dekabr 2024-cü il tarixlərində Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Arif Əliheydər oğlu Babayevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş «Diferensial və inteqral operatorlar» mövzusunda II Respublika elmi konfransı keçiriləcəkdir.
Konfransın məqsədi: riyaziyyat, mexanika və informasiya texnologiyaları sahələrində aparılan elmi tədqiqat işlərinin məqsədə uyğun istiqamətlərə yönəldilməsi, prioritet məsələlərin üzə çıxarılması, innovativ metodların istifadəsində fikir mübadiləsinin aparılması, gənc tədqiqatçıların və doktorantların elmi araşdırmalara marağının artırılması, əldə olunan elmi-tədqiqat işlərinin mühüm nəticələrinin müzakirə edilməsidir.
BÖLMƏLƏR
Harmonik analiz
Operatorların spektral nəzəriyyəsi
Diferensial tənliklər və idarəetmə nəzəriyyəsi
Cəbr, həndəsə və topologiya
Ədədi üsullar və onların tətbiqləri
Bütöv mühit mexanikası
Riyaziyyatın tədrisində innovativ metodlar və texnologiyalar
İnformasiya texnologiyaları
TƏLƏBLƏR
Məruzənin adı: Şrift ölçüsü 12, böyük hərflər ilə, mərkəzdə, interval 1,0.
Müəlliflər, təşkilatın adı, elektron poçt: Şrift Arial, kursivlə, şrift ölçüsü 12, interval 1,0.
Materialın həcmi: A4 formatlı 2 səhifədən çox olmamaqla. Bütün səhifələrdə boş sahələr saxlanılmalıdır (sağdan, soldan, yuxarıdan və aşağıdan 20 mm olmaqla).
Materialın mətni: Şrift Arial, ölçüsü 12, interval 1,0. Düsturlar Equation Editor (2003) vasitəsilə yığılır, şrift ölçüsü 12.
Müəllif haqqında məlumat: Ad, soyad, ata adı, iş yeri və vəzifəsi, elmi adı, elmi dərəcəsi.
Konfransda iştirak etmək istəyənlər məruzənin elektron nümunəsini [email protected] ünvanına göndərməlidirlər.
Tezislərin qəbulu 15 noyabr 2024-cü il tarixinə qədərdir.
Əlaqə
Ünvan: AZ1148, Akademik Zahid Xəlilov küçəsi-33, BDU Mexanika-Riyaziyyat fakültəsi
Telefonlar: (012) 539 04 93, (055) 233 00 72