Seminar keçiriləcək
08 oktyabr 2024-cü il saat 10:15-də Mexanika - riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda Riyazi analiz kafedrasının dosenti Mehriban Nazim qızı Ömərova "Ümumiləşmiş Orliç-Morri fəzalarında bəzi inteqral operatorların məhdudluğu və tətbiqləri " mövzusunda məruzə edəcəkdir.
Məruzədə sinqulyar inteqral operator və onun komutatorunun, həmçinin sinqulyar olmayan inteqral operator və onun komutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu müzakirə ediləcəkdir. Alınan nəticələrin tətbiqi olaraq əmsallar VMO-dan olduqda divergent olmayan elliptik tənliklərin həllərinin həmin fəzada aprior qiymətləndirilməsi göstəriləcəkdir.