“Sinqulyar və sinqulyar olmayan inteqral operatorlar və onların komutatorlarının ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında məhdudluğu” mövzusunda seminar
24 oktyabr 2023-cü il saat 10:15-də də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada fakültə elmi seminarı keçiriləcəkdir. Seminarda Riyazi analiz kafedrasının dosenti, r.ü.f.d. Mehriban Nazim qızı Ömərova “Sinqulyar və sinqulyar olmayan inteqral operatorlar və onların komutatorlarının ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edəcəkdir.
Məruzədə sinqulyar inteqral operator və onun komutatorunun, həmçinin sinqulyar olmayan inteqral operator və onun komutatorunun ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında məhdudluğu haqqında məlumat veriləcək. Alınan nəticələrin tətbiqi olaraq əmsallar VMO-dan olduqda elliptik tənliklərin həllərinin həmin fəzada aprior qiymətləndirilməsi göstərilmişdir.
Elana digər dillərdə də baxmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz: