Seminar keçiriləcək
24 sentyabr 2024-cü il saat 10:15-da Mexanika - riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda professor Olcay Coşkun (Bakı Dövlət Üniversiteti, Rəqəmsal Araşdırmalar ETL) "Kateqoriyalar nəzəriyyəsinin vasitəsilə təsvirlər nəzəriyyəsi" mövzusunda məruzə edəcəkdir.
Sonlu qrupların təsvirlər nəzəriyyəsi 1800-cü illərin sonunda Frobenius və Schur tərəfindən daxil edilmiş və Brauer, Burnside, Green və s. səyləri nəticəsində inikişaf etmişdir. Geniş tətbiqləri ilə əlaqədar cəbrin əsas qollarından biri olmuşdur.
Digər tərəfdən, 1900-cü illərin ortalarından başlayaraq, riyaziyyatın əsaslarını izah etmək və mücərrəd strukturları vahid çərçivədə öyrənmək üçün yeni bir nəzəriyyə kateqoriyalar nəzəriyyəsi meydana çıxdı. Çox qısa müddətdə kateqoriyalar nəzəriyyəsi bütün riyaziyyatda, fizika və kompüter elmləri kimi yaxın nəzəriyyələrdə tətbiqlərini tapdı.
Kateqoriyaların inkişafı ilə paralel olaraq, təsvirlər nəzəriyyəsinin kateqoriyalar nəzəriyyəsinin üsullarından istifadə edən yeni bir qolu yarandı. Son 60 ildə o, bir çox görkəmli riyaziyyatçıların birgə imkanları hesabına təkmilləşmiş və təsvirlər nəzəriyyəsinin əsas nəzəriyyəsinə çevrilmişdir.
Bu çıxışda biz təsvir nəzəriyyəsinin əsaslarından başlayırıq və təsvirlər nəzəriyyəsi problemlərini həll etmək üçün tez-tez istifadə olunan müəyyən kateqoriya üsullarını təqdim edirik. Çıxış türk dilində olacaq və geniş auditoriya üçün nəzərdə tutulub.
Arzu edənlər iştirak edə bilər.