Qoşma şərtli indefinit Şturm-Liuvill məsələsinin məxsusi funksiyalarının tamlığı və minimallığı”mövzusunda seminar
20 fevral 2023-cü il tarixində saat 13:00-da Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının seminarı keçiriləcək. Seminarda kafedranın fəlsəfə doktoru proqramı üzrə doktorantı Ülkər Haşımova Gülağa qızı “Qoşma (transmissiya) şərtli indefinit Şturm-Liuvill məsələsinin məxsusi funksiyalarının tamlığı və minimallığı” mövzusunda məruzə edəcək.
Məruzədə qoşma(transmissiya) şərtli indefinit Şturm-Liuvill məsələsinə baxılacaq. Spektral məsələnin məxsusi ədədlərinin asimptotikası, məxsusi və qoşulmuş funksiyalar sisteminin Lp(-1,1) fəzasında tamlığı və minimallığı haqqıında məlumat veriləcəkdir.
Seminar Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında (VI mərtəbə, otaq № 623) keçiriləcək.