“Ptolemey teoreminin ümumtəhsil məktəblərinin riyaziyyat dəsliklərinə daxil edilməsinin zəruriliyi haqqında” mövzusunda seminar
28 mart 2023-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, f.r.e.n., dosent Səməd Cahangir oğlu Əliyev “Ptolemey teoreminin ümumtəhsil məktəblərinin riyaziyyat dəsliklərinə daxil edilməsinin zəruriliyi haqqında” mövzusunda məruzə edəcəkdir.
Məruzədə ümumtəhsil məktəblərinin riyaziyyat dərsliklərinə daxil edilməyən Ptolemey teoreminin tətbiqi ilə həndəsə məsələlərinin həlli göstəriləcəkdir. Daha dəqiq desək, məruzədə riyaziyyat dərsliklərində yer almış baza bilikləri vasitəsilə çətinliklə həll olunan bəzi məsələlərin (belə məsələlərin həlli prosesində müəyyən sayda teorem və faktlar istifadə olunur) Ptolemey teoreminin köməyi ilə asanlıqla həll edilməsi haqda danışılacaq.