Növbəti fakültə seminarı keçiriləcək
7 may 2024-cü il saat 10:15-də Mexanika - riyaziyyat fakültəsində 506-cı auditoriyada növbəti elmi seminar keçiriləcəkdir. Seminarda Riyaziyyat və onun tədrisi metodikası kafedrasının dosenti, f.-r.e.n. Faiq Mirzəli oğlu Namazov “Sərhəd şərtləri spektral parametr daxil olan bir dördüncü tərtib məxsusi qiymət məsələsinin məxsusi funksiyalarının osillyasiya və bazislik xassəsi” mövzusunda məruzə edəcəkdir.
Məruzədə sərhəd şərtlərindən ikisinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial tənliklər üçün bir spektral məsələyə baxılır. Bu məsələ en kəsiklərində uzununa qüvvə və uclarında izləyici qüvvələr təsir edən bircins çubuğun kiçik əyilmə rəqslərinin riyazi modelləşdirilməsi zamanı meydana çıxır. Məsələnin məxsusi ədədlərinin həqiqi oxda yerləşməsi strukturu öyrənilir, məxsusi funksiyaların osllyasiya xassələri və bazislik xassələri tədqiq edilir.