Kafedranın növbəti seminarı
26 aprel 2024-cü il tarixində saat 13:30-da Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının seminarı keçiriləcək. Seminarda kafedranın II kurs magistrantı Əliyeva Zəhra Elşən qızı “Bir qeyri-lokal sərhəd məsələsinin tədbiqi ” mövzusunda məruzə edəcək.
Məruzədə qoşma sərhəd şərtli bir qeyri-lokal sərhəd məsələsinin həll olunması tədqiq olunur. Müvafiq spektral məsələnin məxsusi funksiyalarının bazislik xassələrindən istifadə etməklə sərhəd məsələsinin həm klassik, həm də güclü həllinin varlığı və yeganəliyi haqqında teoremlər isbat edilmişdir.
Seminar Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında (VI mərtəbə, 623-cü otaq) keçiriləcək.