Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının iclası keçiriləcək
10 may 2024-cü il tarixində saat 13:30-da Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının seminarı keçiriləcək. Seminarda kafedranın II kurs magistrantı Qumaşova Nuranə Hafiz qızı “Bir inteqral operatorun sonsuz diferensiallanan funksiyalar fəzasında bəzi xassələri ” mövzusunda məruzə edəcək.
Məruzədə bir sinif inteqral operatorun sonsuz diferensillanan funksiyalar fəzasında analiz, eləcə də inteqro-diferensial tənliklər nəzəriyyəsinin metodlarından istifadə edərək bəzi xassələri öyrənilmişdir. Simvol anlayışı vasitəsilə inteqral operatorun Fredholmluq meyarı teorem şəklində verilmiş və isbat edilmişdir.
Seminar Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında (VI mərtəbə, otaq № 623) keçiriləcək.