Fəlsəfə doktoru dərəcəsi almaq üçün elmi seminar keçiriləcək
13 mart 2024-cü il tarixində saat 13:00-da Bakı Dövlət Universitetinin ED 2.17 Dissertasiya Şurasının nəzdindəki 1211.01- Diferensial tənliklər ixtisasında elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclasında Diferensial və inteqral tənliklər kafedrasının sabiq doktorantı Könül Əlövsət qızı Quluyevanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qeyri-xətti elliptik və parabolik tənliklərin həllərinin varlığı” mövzusunda dissertasiya işinin elmi seminarı təşkil olunacaqdır.
Elmi seminar Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 301 saylı auditoriyasında keçiriləcəkdir.
Arzu edənlər iştirak edə bilər.