Fakültənin növbəti seminarı keçiriləcək
09 aprel 2024-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda Riyazi analiz kafedrasının professoru, f.-r.e.d. Rəhim Mikayıl oğlu Rzayev “Sinqulyar ineqral operatorun ümumiləşmiş ossilyasiya terminlərində təyin edilən fəzalarla bağlı xassələri” mövzusunda məruzə edəcəkdir.
Məruzədə lokal cəmlənən çoxdəyişənli funksiyanın ümumi ossilyasiyası daxil edilir. Göstərilir ki, bu kəmiyyət bir sıra ossilyasiya kəmiyyətlərini özündə saxlayır. Componato fəzaları və ümumiləşmiş ossilyasiya fəzaları arasında izomofizm haqqında teorem verilir. Çoxölçülü sinqulyar inteqral operatorun göstərilən fəzalarda məhdud təsir etməsi haqqında nəticədən bəhs edilir.