Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçiriləcək
04 aprel 2024-cü il, saat 1200- da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən BED 4.23 Birdəfəlik Dissertasiya Şurasının növbəti iclasında, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə doktorantı Yusif Məmmədəli oğlu Sevdimalıyevin 2002.01- “Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Konstruksiya elementlərinin və bərk cisimlərin yükdaşıma qabiliyyətinə xarici mühitlərin təsirinin bəzi statika və dinamika məsələləri” (Некоторые задачи статики и динамики для определения несущей способности элементов конструкций и твердых тел с учетом воздействия внешней среды) mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
Müdafiə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 301 saylı auditoriyasında keçiriləcək.
Arzu edənlər müdafiədə iştirak edə bilərlər.