Dissertasiya Şurasının növbəti iclası keçiriləcəkdir
30 may 2024-cü il, saat 14:00-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.17 Dissertasiya Şurasının növbəti iclasında, Diferensial və inteqral tənliklər kafedrasının elmlər doktoru proqramı üzrə sabiq doktorantı Şirmayıl Həsən oğlu Bağırovun 1211.01 – “Diferensial tənliklər” ixtisasında elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Существование и асимптотика решений нелинейных уравнений эллиптического и параболического типа в различных областях” (“Müxtəlif oblastlarda qeyri-xətti elliptik və parabolik tip tənliklərin həllərinin varlığı və asimptotikası”) mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
Müdafiə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 301 saylı auditoriyasında keçiriləcək.
Arzu edənlər müdafiədə iştirak edə bilərlər.