Dissertasiya Şurasının növbəti iclası
02 aprel 2024-cü il, saat 14:00-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.17 Dissertasiya Şurasının növbəti iclasında, Diferensial və inteqral tənliklər kafedrasının elmlər doktoru proqramı üzrə qiyabi doktorantı Elvin İbrahim oğlu Əzizbəyovun 1211.01 – “Diferensial tənliklər” ixtisasında elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Нелокальные обратные краевые задачи для некоторых классов дифференциальных уравнений с частными производными (Müəyyən sinif xüsusi törəməli diferensial tənliklər üçün qeyri-lokal şərtli tərs sərhəd məsələləri)” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
Müdafiə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 301 saylı auditoriyasında keçiriləcək.
Arzu edənlər müdafiədə iştirak edə bilərlər.