DİSSERTASİYA İŞİNİN İLKİN MÜZAKİRƏSİ KEÇİRİLƏCƏK
02 fevral 2024-cü il tarixində, saat 11:00-da Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin "Diferensial və inteqral tənliklər", "İdarəetmə nəzəriyyəsinin riyazi üsulları" və "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafedralarının birgə iclasında "Diferensial və inteqral tənliklər" kafedrasının elmlər doktoru proqramı üzrə əyani doktorantı olmuş Şirmayıl Həsən oğlu Bağırovun 1211.01 "Diferensial tənliklər" ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Müxtəlif oblastlarda qeyri-xətti elliptik və parabolik tip tənliklərin həllərinin varlığı və asimptotikası" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir (3 saylı tədris binası, 506 saylı auditoriya).
Arzu edənlər iştirak edə bilər.