Diferensial və Inteqral tənliklər kafedrasında Seminar
14 mart 2023-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda Diferensial və İnteqral tənliklər kafedrasının professoru, f.r.e.d., Nizaməddin Şirin oğlu İsgəndərov “Birtərtibli xətti hiperbolik tənliklər sistemi üçün bütün oxda və yarımoxda düz və tərs səpilmə məsələləri” mövzusunda məruzə edəcəkdir.
Məruzədə hiperbolik tənliklər sistemi üçün bütün oxda və yarımoxda səpilmə məsələsinin qoyuluşu haqqında, tərs səpilmə məsələlərinin həlli üsulları haqqında məlumat veriləcək. Bu məsələlər müəyyən sinif qeyri-xətti tənliklərin inteqrallanmasında mühüm rol oynayır. Burada həmçinin baxılan sistemin stasionar analoqları üçün də düz və tərs səpilmə məsələləri müzakirə olunacaq. Son zamanlarda alınmış nəticələrlə bağlı məlumatlar veriləcək.