506-cı auditoriyada növbəti elmi seminar keçiriləcək
28 mart 2024-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada növbəti elmi seminar keçiriləcəkdir. Seminarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru, professor, r.e.d. Nigar Məhər qızı Aslanova “Xarakteristik determinant və normallaşdırıcı vuruq arasındaki bir eynilik haqqında və bu eyniliyin requlyarlaşdırılmış izin hesablanmasına tətbiqi” mövzusunda məruzə edəcəkdir.
Məruzədə minimal operatorun fəzadan çıxmaqla genişlənməsi və dördüncü tərtib operator əmsallı diferensial operatorun, spektrin asimptotikası da daxil olmaqla, bəzi spektral xassələri haqqında danışılacaq. Xarakteristik determinant və normallaşdırıcı vuruq arasındaki bir eynilik isbat olunacaq və bu eynilik requlyarlaşmış izin hesablanmasında istifadə olunacaq.