“Sabit əmsallı çoxaddımlı üsulların dəqiqlik dərəcələri ilə tərtibləri arasında...
28 fevral 2023-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda Hesablama riyaziyyatı kafedrasının professoru,AMEA-nın müxbir üzvü, f.r.e.d., Vagif Rza oğlu İbrahimov “Sabit əmsallı çoxaddımlı üsulların dəqiqlik dərəcələri ilə tərtibləri arasında əlaqə” mövzusunda məruzə edəcəkdir.