XƏLİLOV ZAHİD İSMAYİL OĞLU

XƏLİLOV ZAHİD İSMAYİL OĞLU

XƏLİLOV ZAHİD İSMAYİL OĞLU

Funksional analiz və riyazi fizika sahələri üzrə mütə­xəs­sis

Akademik Zahid İsmayıl oğlu Xəlilov funksional analiz və riyazi fizika sahələri üzrə mütə­xəs­sisdir. Z.İ.Xəlilov ilk fizika-riyaziyyat elmləri dok­to­­ru adını almış Azərbaycan riyaziyyatçısıdır. O, 1946-cı ildə doktorluq disserta­si­ya­sı müdafiə etmişdir. Z.İ.Xəlilov Azər­bay­canda funksional analiz məktəbinin yaradıcısı olmuş­dur. O, ömrünün 40 ilindən çoxunu səmərəli pedaqoji və elmi fəaliy­yətə sərf etmiş­­­dir. Akademik Z.İ. Xəlilov 1935-1944–cü illərdə BDU-nun nəzəri mexa­nika kafedrasının müdiri vəzifə­sin­də işləmişdir. O, sonralar funksi­ya­­lar nəzəriy­yə­si və funksio­nal analiz kafedrasında professor vəzifəsində çalışmışdır. 1955–ci ildən başlayaraq o, Elmlər Akademiyasında bir sıra məsul vəzifələrdə çalışmış, fizika-texnika və riyaziyyat elmləri şöbəsinin akademik-katibi, prezident müavini, 1962-1967–ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuşdur. 1967–ci ildən ömrünün sonunadək Azərbaycan EA-nın Riyaziy­yat və Mexanika İnstitutuna rəhbərlik etmişdir. Onun elmi fəaliyyətini funksional analiz, diferensial və inteqral tənliklər sahəsində bir çox problemlər, habelə, onla­rın mexanikanın müxtəlif konkret məsələlərinə tətbiqi problemləri əhatə edirdi.

O, ilk dəfə normallaşdırılmış halqalarda abstrakt sinqulyar operatorlar nəzə­riy­­yəsini yaratmış və inkişaf etdirmişdir.Z.İ.Xəlilov əski sovetlər birliyində funksio­nal analiz üzrə ilk monoqrafiyalardan biri olan “Funksional analizin əsasla­rı”–nın (1949, rus dilində) müəllifi olmuşdur. O, funksional analizin üsul­larını sərhəd məsə­lə­lərinin və optimal idarəetmə məsələlərinin həllinə müvəf­fəqiy­yət­lə tətbiq etmişdir.

Onun tərəfindən qazın və qazlaşdırılmış neftin süzülmə nəzəriyyəsinin ümumi məsələsi həll edilmişdir. Z.İ. Xəlilov “Funksional analiz və onun tətbiqləri” ümumit­tifaq jurnalının redaksi­ya heyətinin üzvü olmuşdur. Onun rəhbərliyi ilə 30–dan çox elmlər namizədi və elmlər doktoru yetişdiril­miş­dir.

Akademik Z.İ.Xəlilov əməkdar elm və texnika xadimi fəxri adına layiq gö­rülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” ordeni və keçmiş SSRİ-nin bir neçə medalı ilə təltif olunmuşdur.

Hazırda Bakı Dövlət Universitetinin yerləşdiyi küçə onun şərəfinə adlandırıl­mışdır.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət