Rauf Qardaşov 3 yanvar 1956-cı ildə Zaqatalada anadan olmuşdur. R.Qardaşov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının "Kaspi" elmi mərkəzində baş laborant vəzifəsində başlamış, keçmiş SSRİ EA-nın Okeanologiya İnstitutunda stajor-tədqiqatçı, aspirant, Azərbaycan EA-nın Təbii Sərvətlərin Kosmik Tədqiqi İnstitututunda kiçik elmi işçi, böyük elmi işçi, Riyaziyyat və Mexanika İnstitutunda aparıcı elmi işçi, laboratoriya müdiri, şöbə müdiri vəzifə-lərində işləmişdir. 1993-2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsində professor vəzifəsində işləmişdir. 2008-2017-ci illərdə AMEA-nm akademik H.Əliyev adına Coğrafiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. 2017-ci ildən həmin İnstitutun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiridir.1. Təmiz və neft təbəqəsi ilə örtülü sakit və dalğalı dəniz səthinin parlaqlıq və radiasiya xarakteristikalarının hesablanma metodunun işlənməsi; Neft təbəqələrinin dənizin radiasiya balansına təsirinin hesablanması; Dənizin şüalanma qabiliyyətinin daha dəqiq qiymətinin hesablanması.
2. Dəniz səthinin durumunun (təmiz, neft təbəqəsi ilə örtülü, dalğalı) “güzgü əksi nöqtələr” metodu əsasında məsafədən zondlama metodunun işlənməsi; Dəniz səthində Günəş parıltılarının ölçülərinin paylanma qanununun tapılması.
3. Geostasionar peykdən müşahidə zamanı okean üzərində Günəş parıltısının yerini iki parametrə (Qrinviçə görə verilən zaman və peykin koordinatı) görə təyin edən metodun işlənməsi.