MƏRDANOV MİSİR CÜMAYİL OĞLU

MƏRDANOV MİSİR CÜMAYİL OĞLU

MƏRDANOV MİSİR CÜMAYİL OĞLU

Ali riyaziyyat kafedra müdiri

izika-riyaziyyat elmləri doktoru, professor Misir Cümayıl oğlu Mərdanov - 1969-cu ildə Azərbaycan (Bakı) Dövlət Universitetinin Mexanika-riyaziy­yat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.1973-cü ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. O, Azərbaycan (Bakı) Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, professor vəzifələrində fəaliyyət göstərmiş, müxtəlif illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, 1997-ci ildə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır.O, 1998-ci ildən Azərbaycan Respublikasının Təhsil Naziri vəzifəsində çalışmişdır. 

M.C.Mərdanov respublikada və onun hüdudlarından kənarda nəşr olunmuş 150-dən artıq elmi və publisistik məqalənin müəllifi olmaqla bərabər, orta məktəblərin VI-XI sinifləri üçün “Riyaziyyat”, “Cəbr”, “Cəbr və analizin başlanğıcı”,“Həndəsə” dərsliklərinin müəlliflərindən biridir. Universitetdə işlədiyi müddətdə Analitik həndəsə, Diferensial həndəsə, Diferensial tənliklər, Optimal idarəetmə nəzəriyyəsi kurslarından mühazirələr oxumuş, müxtəlif illərdə BDU-da və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən doktorluq dissertasiyası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şuralarının həmsədri olmuşdur. Prof. M.C.Mərdanovun Azərbaycanın müasir riyaziyyatçılarının formalaşmasında xüsusi əməyi vardır. Elm sahəsindəki xidmətləri nəzərə alınaraq, 1999-cu ildə M.C.Mərdanov Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.

M.C.Mərdanovun Azərbaycan təhsilinin inkişafında, xüsusilə də Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyasında – Boloniya prosesinə qoşulmasında xüsusi xidməti var. 2006-cı ildə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə M.C.Mərdanov Şöhrət Ordeni ilə təltif edilmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət