MƏMMƏDOV YƏHYA CƏFƏR OĞLU

MƏMMƏDOV YƏHYA CƏFƏR OĞLU

MƏMMƏDOV YƏHYA CƏFƏR OĞLU

Azərbaycan (Bakı) Dövlət Universitetinun rektoru

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Yəhya Cəfər oğlu Məmmədov 1966-cı ildə fizika-riyaziyyat elmlər doktoru, 1967-cı ildə professor, 1981-ci ildə Azərbaycanın əməkdar elm xadimi, 1983-cü ildə Azərbay­can EA-nın müxbir üzvü olmuşdur. O, 1976-cı ildə Azərbaycan Dövlət mükafatı laureatı olmuşdur. 1965-2000-ci illərdə Azərbaycan Dövlət Universi­tetində “Hesablama riyaziyyatı” kafedrasının müdiri, 1971-1987-ci illərdə Azərbaycan (Bakı) Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 1987-1989-cu illərdə Azərbaycan (Bakı) Dövlət Universitetinun rektoru işləmişdir.

Yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. Onun rəhbərliyi altında Azərbaycan, Rusiya, Özbəkistan, Türkmənistan, Əlcəzair, Misir, Polşa, Almaniya, Türkiyə kimi ölkələrin 32 nəfər nümayəndəsi namizədlik dissertasiyası və onlardan 7 nəfəri doktorluq dissertasiyası müdafiə etmişdir. Y.C.Məmmədov Moskvada (1966), Varşavada, Krakovda (1974) və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda məruzələr etmişdir. Polşa, Çexiya, Almaniya, Bolqariya, Türkiyə və İranda mühazirələr oxumuşdur. O, 109 elmi məqalənin, 5 dərsliyin və 7 monoqrafiyanın müəllifidir.

Əsərləri diferensial və inteqral tənliklər, qeyri-xətti funksional analiz, hesablama riyaziyyatı və başqa sahələri əhatə edir. Y.C.Məmmədov sağ tərəfi birtərəfli qiymətləndirməyə tabe olan qeyri-xətti operator-diferensial tənliklərin təqribi həlli üçün yeni üsullar vermişdir. Eləcə də abstrakt qeyri-xətti Volter operator-tənliklər nəzəriyyəsinin yaradıcılarından biridir. Y.C.Məmmədov həllin tez yığılan iterasiyalar şəklində axtarılan ekvivalent tənliklərə gətirilməsi üçün maraqlı üsul təklif etmişdir. Bu üsul riyazi ədəbiyyatda “Məmmədov üsulu” adlandırılır.

Y.C.Məmmədov Xalqlar dostluğu ordeni (1981), akademik Vavilov adına medalla (1988), SSRİ Ali Təhsil Nazirliyinin medalları ilə (1971, 1986), Azərbaycan Respublikası Ali Sovetinin Fəzri Fərmanları ilə (1980, 1981) təltif olunmuşdur. O, 1981-ci ildə ABŞ-in Minneopolis şəhərinin Fəxri vətandaşı adına layiq görülmüşdür.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət