MAQSUDOV FƏRƏMƏZ QƏZƏNFƏR OĞLU

MAQSUDOV  FƏRƏMƏZ QƏZƏNFƏR OĞLU

MAQSUDOV FƏRƏMƏZ QƏZƏNFƏR OĞLU

AEA-nın Riyaziy­yat və Mexanika İnstitutunun direktoru,

Akademik Fərəməz Qəzənfər oğlu Maqsudov 1974-cü ildən AEA-nın Riyaziy­yat və Mexanika İnstitutunun direktoru, 1981-1997-ci illərdə “fizika-texnika və riyaziyyat” elmləri şöbəsinin akademik-katibi vəzifəsində işləmişdir.

1997-ci ildə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuşdur. O, respublikada yüksək ixtisaslı riyaziyyatçı kadrların yetişdirilməsi işinə uzun müddət rəhbərlik etmişdir. F.Q.Maqsudov EA-nın İnstitutlarının müstəqil dövlətlər birliyinin əsas elmi mərkəzləri və xarici ölkələrdə elmi əlaqələrinin möhkəmləndirilməsi və inkişafına xüsusi əmək sərf etmişdir. O, iqtisadiyyatın bir çox sahələrinin inkişafı üçün tətbiqi elmlərin istifadə olunmasında mühüm işlər görmüşdür.

Akademik F.Q.Maqsudov diferensial operatorların spektral nəzəriyyəsi, spektral analizin tərs məsələləri, diferensial tənliklər nəzəriyyəsi, bütöv mühit mexanikası sahəsində görkəmli mütəxəssislərdən biri olmuşdur.

F.Q.Maqsudov kəsilməz spektrə malik geniş sinif operatorlar dəstələrinin spektral nəzəriyyəsini hazırlamış azalan potensiallı Şredinger operatoru­nun müsbət məxsusi ədədləninin olması haqqında yeni meyar vermişdir.

Onun rəhbərliyi altında 70-dən çox namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur. O, 300-dən çox elmi məqalənin, bir neçə monoqra­fi­ya­nın və dərsliklərin müəllifidir. Akademik F.Q.Maqsudovun tələbələrinin əksəriyyəti respubli­ka ali məktəblərində və elmi-tədqiqat institutlarında, MDB ölkələrində və xaricdə (Türkiyə, İran, Almaniya, ABŞ və s.) çalışırlar.

Akademik F.Q.Maqsudov Azərbaycan Respublikasının ictimai həyatındada böyük rol oynamışdır. O, uzun illər Milli Məclisin deputatı olmuş­dur.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət