HÜSEYNZADƏ MƏCİD ƏZİZOVİÇ

HÜSEYNZADƏ MƏCİD ƏZİZOVİÇ

HÜSEYNZADƏ MƏCİD ƏZİZOVİÇ

Moskva Neft kimya və qaz sənayesi institutunda Nəzəri mexanika kafedrasının dosenti, Ali riyaziyyat kafedrasının rəhbəri i

Hüseynzadə Məcid Əzizoviç 1916-cı ildə Cənubi Azərbaycanın (İran) Ərdəbil şəhərində anadan olmuşdur. 1941-ci ildə mexanika ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1941–1942-ci illərdə kənd məktəbində müəllim işləmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısıdır. 1945–1946-cı illərdə ADU-nin nəzəri mexanika kabinetində laborant işləmişdir. 1950–1952-ci illərdə M.V.Lomonosov adına MDU-də aspirant olmuşdur. 1952–1989-cu illərdə akad. İ.M.Qubkin adına Moskva Neft kimya və qaz sənayesi institutunda Nəzəri mexanika kafedrasının dosenti, Ali riyaziyyat kafedrasının rəhbəri işləmişdir. 1950-cı ildə "Keçirici cismin axıb dövrələməsi" mövzusunda namizədlik, 1962-ci ildə isə "Layın qeyri-bircinsliyinin, onun tavanının və dabanının keçiriciliyinin mayenin layda hərəkətinə təsiri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.

Hüseynzadə M.Ə. neftmədən mexanikası və neft və qazın boru kəməri ilə nəqli məsələlərinin riyazi modelləşdirilməsi elmi məktəbinin yaradıcısı, tanınmış alimdir.

Elmi tədqiqatların sahəsi: zəifkeçirici aralıqlı (arakəsməli) məhsuldar laylardan ibarət çoxlaylı sistemlərdə, həmçinin keçiriciliyinə görə qeyri-bircins laylarda mayenin süzülməsi; neft və qazın magistral boru kəmərlərində müəyyənləşməmiş hərəkəti məsələləri; hidrozərbə nəzəriyyəsi.

Hüseynzadə M.Ə. 200-dən artıq elmi məqalənin, 15 monoqrafiyanın müəllifidir. O, 3 elmlər doktoru və 17 elmlər namizədi hazırlamışdır.

O, Rusiya EA fəxri üzvüdür. Hüseynzadə M.Ə. "RF Fəxri neftçisi", "RF Qaz sənayesinin fəxri işçisi", "Rusiya Yanacaq Enerji Nazirliyinin Əməkdar İşçisi", "Azərbaycan və RF əməkdar elm və texnika xadimi", "Rusiya ali təhsilinin fəxri işçisi" adlarına layiq görülmüşdü. "Şərəf Nişanı", "Xalqlar Dostluğu", "II dərəcəli Böyük Vətən Müharibəsi" ordenləri və medallarla mükafatlanmışdır. "SSRİ Ali məktəbinin işində əla müvəffəqiyyətlərə görə", "RF sənayesi əlaçısı" nişanları ilə təltif edilmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət